Yəmən ordusu ölkənin mərkəzində böyük əməliyyat hazırlayır

Yəmən ordusu ölkənin mərkəzində böyük əməliyyat hazırlayır

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Yəmənin mərkəzində daha geniş əməliyyata hazırlaşır.

Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, Yəmənin dördüncü və yeddinci hərbi bölgələrinin (Yəmənin mərkəzi bölgələri) birgə əməliyyatlarının rəhbəri general-mayor Əbdüllətif Əl-Mehdi, bu gün (14 oktyabr) bu iki bölgənin döyüş bölmələrinin komandirləri ilə keçirdiyi təcili hərbi toplantıda döyüş hazırlığının artırılmasına əmr edib.

Yəmən ordusu və Ənsarullah qüvvələri 70 gündən artıqdır ki, strateji Məarib şəhərinin ətrafında əməliyyatlara başlayıblar və şəhərin yaxınlığındakı bəzi bölgələri azad ediblər. Yəmənin İslah partiyasının əsas mərkəzi və Səudiyyə rejiminin koalisiyasının əsas dəstəkçisi olaraq şəhərə hakim olmaq müharibənin gedişatını dəyişdirə bilər.

Yəmənin hərbi komandiri Əbdüllətif Əl-Mehdi bunları deyib: “Yəmən tamamilə müdafiədən çıxdı. Hal-hazırda azadlıq və müstəqillik uğrunda mübarizə kontekstində hücum strategiyasını davam etdiririk. Yəmən bu gün böyük qələbələr mərhələsindədir.

Ölkəmizi tamamilə azad etmək üçün döyüş meydanına girməyə qərarlıyıq. Qüvvələrimiz Yəmənin mərkəzi bölgələrindəki cəbhələrdə təşəbbüsü ələ alır və daha geniş əməliyyatlar həyata keçirməyə hazırdır.

Biz qüvvələrimizin hazırlığını nəzərdə tutmuruq. İndiyə qədər qazandığımız uğurları bilməklə yanaşı, yeni, daha geniş və daha əhatəli əməliyyata başlamaq ərəfəsindəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =