Yəmən ordusu Səudiyyə kəşfiyyat dronunu məhv etdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Bazar ertəsi günü ölkənin hava hücumundan müfadiəsinin Səudiyyə Ərəbistanına məxsus bir kəşfiyyat təyyarəsini məhv etdiyini açıqladı.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü General Yəhya Səri Bazar ertəsi günü Səudiyyə Ərəbistanına məxsus bir kəşfiyyat təyyarəsinin məhv edildiyini açıqladı.
Əl-Məsira xəbər şəbəkəsi, Yəhya Səriyə istinad edərək Yəmən hava müdafiəsinin bu gün günortadan sonra “CH-4” kəşfiyyat dronunu vurmağı bacardığını bildirdi. Səri pilotsuz təyyarənin Səudiyyə Hava Qüvvələrinə məxsus olduğunu və “uyğun bir raket” ilə hədəf alındığını söylədi.
Raket növündən bəhs etmədən Mərib vilayətinin “Mədğəl” bölgəsində düşmənçilik əməliyyatları həyata keçirən dronun vurulduğunu vurğuladı. Keçən Avqust ayının sonlarında Yəmən ordusunun hava müdafiəsinin Səudiyyə sərhədinə yaxın Hərz bölgəsi üzərində RQ-20 casus pilotsuz uçuş təyyarəsini vurduğu bildirilmişdi.
Səri dronun məhv edilməsi əməliyyatının videokameralarla sənədləşdirildiyini də söylədi.