Yəmən Ordusu: Səudiyyənin “Aramco” şirkəti, 20 raket və PUA ilə hədəf alındı

Yəmən Ordusu: Səudiyyənin “Aramco” şirkəti, 20 raket və PUA ilə hədəf alındı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanında genişmiqyaslı hərbi əməliyyat barədə xəbər verib.

Əl-Məsirə xəbər telekanalı, Yəhya Səriyə istinadən xəbər verib ki, bu əməliyyatda Səudiyyə Ərəbistanına aid hərbi bazalar və strateji əhəmiyyətli obyektlər və strukturlar hədəfə alınıb.

O, Səudiyyə Ərəbistanının ərazisində baş tutan bu əməliyyatın 18 PUA və səkkiz ballistik raketlə həyata keçirildiyini söyləyib.

Səri xəbər verib ki, əməliyyat zamanı “Aramco” neft şirkətinin Ras Tanura, Yanbu, Rabiğ və Cazandakı obyektləri və Dammamdakı “Kral Əbdüləziz” hərbi hava limanı hədəfə alınıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, “Aramco”nun 12 “Samad-3” dronu və 8 “Zülfiqar”, “Bədr” və “Səir” raketləri ilə hədəfə alındığını bildirib.

Səri həmçinin “Nəcran” və “Asir” dəki digər hərbi mövqelərin də altı “Qasef 2K”  dronu ilə hədəfə alındığını xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =