Yəmən ordusu və Ənsarullah Məaribi azad etmək üçün əmr gözləyir

Yəmən ordusu və Ənsarullah Məaribi azad etmək üçün əmr gözləyir

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Məarib şəhərinə bir addım daha yaxınlaşıb və şimaldakı bir neçə bölgənin azad edilməsi ilə şəhərə girmək üçün komandirlərin əmrlərini gözləyirlər.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, xain eks-prezident Mənsur Hadi rejiminin ən əhəmiyyətli piyada qoşunu sayılan İslah Partiyasının (Yəmən İxvanı) döyüşçülərinə qarşı Məarib şəhəri ətrafında toqquşmalar kritik nöqtəyə çatıb və Yəmən mənbələrinə görə, ordu və xalq komitələrinin şəhərə daxil olmaları üçün artıq heç nə qalmayıb.

Əl-Səhafa Əl-Aləmiyə xəbər saytının verdiyi məlumata görə, Səna (Ənsarullah) hökumət qüvvələri Məaribdəki Hadi rejiminə aid ünsürlərin son müdafiə istehkamlarını keçmək üçün əmr gözləyirlər. Bu hadisə Səudiyyə rejiminin bölgədəki qəbilələri bir araya gətirmək üçün çox pul xərclədiyi və Murad qəbiləsi də daxil olmaqla bəzi qəbilələrin Səna hökumətinin tərəfinə keçdiyi bir vaxta təsadüf edir.

Məaribin cənub və qərbindəki şimal və şərq cəbhələri arasındakı məsafənin çox olmasına baxmayaraq, ordu qüvvələri və Məarib ətrafındakı mərkəzi komitələr irəliləyiblər və son günlərdə şimal hissəsində, xüsusən də Naxla və Daş Əl-Xaşab yüksəkliklərində bir neçə bölgəni azad edə biliblər. Bu yüksəkliklər Məarib və Sahan Əl-Cann bölgəsindəki Səudiyyə rejiminin koalisiya bazasına baxır.

Hazırda İslah Partiyasının yaraqlıları şəhər ətrafında orduya və Ənsarullah qüvvələrinə qarşı insan qalxanı kimi istifadə etmək üçün 14 qaçqın düşərgəsi qurublar. Hərbi mənbələr Livanın “Əl-Əxbar” qəzetinə bildiriblər ki, Səna hökuməti şəhərin məhəllələrini azad etməyə kömək etmək üçün Məarib ətrafına xüsusi qüvvələrinin bir taburunu göndərib və Səna hökumət qüvvələri komandirləri son müdafiə sistemlərini məhv etmək planını elan etməyə hazırdır.

Şimal cəbhəsindəki Əl-Aləm və Əl-Nazud bölgələrində Hadi rejiminin və İslah Partiyasının yaraqlılarının çox olmasına baxmayaraq, ordu qüvvələri və xalq komitələri Safir bölgəsinin şərqindəki Əl-Bədəa və Əl-Şəhala bölgələrini nəzarət altına ala biliblər. Hadi rejiminin ünsürləri də möhkəmlənmək üçün şəhər yaxınlığında geri çəkilmək məcburiyyətində qalıb.

Digər tərəfdən, Məarib şəhərindəki mənbələr, Səudiyyə rejiminin koalisiyasına mənsub olan qəbilələr arasında Mənsur Hadinin rejiminin yaraqlıları ilə fikir ayrılığı olduğunu bildirirlər. Bu mənbələrə görə, həmin mübahisələr onlarla qəbilə qüvvələrinin münaqişə bölgəsini tərk etməsinə səbəb oldu. Dünən (30 sentyabr) səhər Əl-Rənim və Əl-Avşan qəbilələri arasında silahlı qarşıdurma baş verib.

Bu mənbələrə görə, Səna hökumət qüvvələri, qüvvələrini münaqişə bölgəsindən çıxarmaq üçün Məaribin cənub-qərbindəki Əl-Rəhba, Əl-Cuba və Cəbal Murad bölgələrindəki bir sıra qəbilələrlə də razılığa gələ biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 11 =