Yəmən ordusu Yaffanın cənubundakı hərbi hədəfə raket hücumu edib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri cümə günü səhər saatlarında bu qruplaşmanın işğal olunmuş ərazilərdəki Yaffanın cənubundakı hərbi hədəfə doğru “Fələstin 2” ballistik raketi ataraq xüsusi əməliyyat keçirdiyini bildirib.
Səri deyib: Yəmən ordusu bu hücumun “Fələstin 2” tipli ultrasəs ballistik raketdən istifadə edilərək həyata keçirildiyini və Yəmən ordusunun verdiyi məlumata görə, hədəfi uğurla vurduğunu açıqlayıb.
Bu hesabata görə, bu, son 24 saat ərzində Yəmən ordusunun İsrail hədəflərinə qarşı ikinci əməliyyatıdır.
Yəmən ordusunun sözçüsü bu ölkənin Qəzza zolağına dəstək əməliyyatlarının davam edəcəyini və ABŞ-ın Yəmənə qarşı hərəkətlərinin buna mane olmayacağını vurğulayıb.