Yəmən ordusundan yeni xəbərdarlıq: Səudiyyə hərbi obyektlərindən uzaq durum

Yəmən ordusundan yeni xəbərdarlıq: Səudiyyə hərbi obyektlərindən uzaq durum

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yəmən silahlı qüvvələrinin sözçüsü insanları yaxın günlərdə Səudiyyə hərbi təsislərindən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada komandiri Yəhya Səri, bu gün (çərşənbə) Səudiyyə hərbi obyektlərinə hücum ehtimalı ilə əlaqədar xəbərdarlıq etdi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Twitter hesabında Səudiyyə koalisiyasının davamlı təcavüzünə, Yəmənin zalımcasına mühasirəyə alınmasına, davam edən hərbi gərginliyə və düşmənin Yəmən hava və dəniz limanlarını bağlamaq israrına cavab olaraq, yaxın günlərdə Yəmən Silahlı Qüvvələrinin oxşar addımlar atacağını yazdı.

Bundan əlavə, Səudiyyə Ərəbistanındakı bütün xarici şirkətləri, Hicaz və Nəcd xalqını, eləcə də ölkənin hər yerində yaşayan insanları hərbi işlərdə istifadə olunan strateji əhəmiyyətli hərbi və iqtisadi obyektlərdən uzaq durmağa çağırdı, çünki bu obyektlər Yəmən ordusunun qanuni hədəfi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + nineteen =