Yəmən Ordusunun Müdafiə naziri təcavüzkarlara sərt xəbərdarlıq edib: Gələcək müharibə təcavüzkarlar üçün cəhənnəmə çevriləcək

Yəmən Ordusunun Müdafiə naziri təcavüzkarlara sərt xəbərdarlıq edib: Gələcək müharibə təcavüzkarlar üçün cəhənnəmə çevriləcək

Yəmən ordusunun Müdafiə naziri və Birləşmiş Qərargah rəisi təcavüzkar ölkələri təhdid edərək, gələcək müharibənin onların cəhənnəminə çevriləcəyini deyib.

Yəmənin “Əl-Məsirə” kanalının məlumatına görə, Müdafiə naziri Məhəmməd Nasir Əl-Ətafi və Yəmənin Milli Qurtuluş Ordusunun Birgə Qərargah rəisi Məhəmməd Əbdülkərim Əl-Qəmari bəyan ediblər ki, əgər düşmən qüvvələri sülh üçün fürsət yarandıqda bunu dəyərləndirməsə, gələcək müharibə təcavüzkarlar üçün qəssabxanaya çevriləcək.

Yəmən ordusunun bu iki komandirinin xəbərdarlığında deyilir: Əgər düşmən bu fürsətdən istifadə edib işçilərin maaşlarını ödəmək və mühasirəni dayandırmaq və Yəməndən geri çəkilmək, ABŞ-ın dəstəklədiyi nəticəsiz müharibəni dayandırmaq kimi humanitar böhrandan çıxış yolu tapmasa, bu, onların cəhənnəminə çevriləcək.

Bu iki yüksək rütbəli yəmənli komandir təcavüzkar ölkələrə iki yol seçməyi xatırladıb; Ya qurtuluş yolu, ya da onların müəyyən taleyi ilə sona çatan yol [bu, uğursuzluq olacaq].

Bu iki yüksək səviyyəli yəmənli komandirin mesajında deyilir: Düşmənin Yəmənin ərazi və adalarını işğal etmək üçün bəhanələr gətirmək və adalarımızda sionist rejim üçün yer açmaq məqsədi ilə Yəmənin regional və beynəlxalq sularını təhlükəli göstərməyə yönəlmiş istənilən cəhdii uğursuzluğa məhkumdur.

Əl-Ətafi və Əl-Qəmari həmçinin bəyan ediblər ki, Yəmən ordusu və xalq komitələri Yəmənin sərhədləri və ehtiyatlarını, ərazi sularını müdafiə etməyə, beynəlxalq sularda ticarət və gəmiçilik təhlükəsizliyini təmin etməyə tam hazırdırlar.

Bu mesajda Yəmən xalqının qələbəsinə qədər Yəmən silahlı qüvvələrinin onlara verilən tapşırıqları yerinə yetirmək üçün yüksək hazırlığı bir daha vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =