Yəmən ordusunun yeni xəbərdarlığı: Mülki əhalini hədəfə almaq cəzasız qalmayacaq

Yəmən ordusunun yeni xəbərdarlığı: Mülki əhalini hədəfə almaq cəzasız qalmayacaq

Yəmən silahlı qüvvələrinin sözçüsü Səudiyyə-BƏƏ koalisiyasının iddialarını təkzib edərək vurğulayıb ki, yəmənli mülki şəxsləri hədəfə almaq cəzasız qalmayacaq.

Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə-BƏƏ təcavüzkar koalisiyasının Yəmənin yaşayış və mülki ərazilərini hədəfə almaq cinayətinə haqq qazandırmasına münasibət bildirib.

Əl-Məsirə xəbər saytının məlumatına görə, o, bu gün (14 fevral, bazar ertəsi) deyib:

“Səudiyyə-BƏƏ-Amerika təcavüzkar koalisiyasının silahlı qüvvələrin mülki ərazilərdən hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil və sadəcə mülki obyektləri və Yəmən vətəndaşlarını hədəf almaq üçün özünə aşkarcasına bəraət qazandırmaqdır.”

O, əlavə edib: “Biz bir daha vurğulayırıq ki, mülki obyektləri və nazirlikləri hədəf alaraq, düşmənlər xalqın iradəsini qırmaq məqsədlərinə çatmayacaq və onların cinayətləri cavabsız qalmayacaq.”

Səudiyyə koalisiyası cümə axşamı günü Yəmənin paytaxtında mülki obyektlərə hücumun qaçılmaz olduğunu açıqlayıb.

Səudiyyə koalisiyasının sözçüsü Turki Əl-Maliki koalisiyanın Sənanın mülki obyektlərinə gələcək hücumları əsaslandırmaq üçün Yəmən paytaxtının sakinlərini 72 saat ərzində mülki mövqeləri boşaltmağa çağırıb.

Səudiyyə təcavüzkar koalisiyasının sözçüsü əlavə edib ki, Yəmənin paytaxtında “təyin edilmiş nöqtələri” bombalayacaq. Guya, həmin nöqtələrdən Səudiyyə Ərəbistanına pilotsuz təyyarələrin göndərilməsi üçün istifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + thirteen =