Yəmən rəsmisi: Səna hava limanının bağlanması gündəlik 25 xəstənin ölümünə səbəb olur

Yəmən rəsmisi: Səna hava limanının bağlanması gündəlik 25 xəstənin ölümünə səbəb olur

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səna Beynəlxalq Hava Limanının direktoru Səna Hava limanından bir tibbi hava körpüsü yaratmaqda beynəlxalq birliyin səhlənkarlığı səbəbiylə hər gün xaricdə müalicəyə ehtiyaclı olan 25-dən çox yəmənli xəstənin öldüyünü söylədi.

Xalid Əş-Şayif Səudiyyə koalisiyası tərəfindən Yəmənin hava blokadası səbəbindən bu hava limanının bağlandğını bildirib. Xalid Əş-Şayif Yəmənin Əl-Məsirə şəbəkəsinə verdiyi açıqlamasında Beynəlxalq ictimaiyyətin bir tibbi hava körpüsü yaratmaq, dərman və tibbi avadanlıq idxal etmək və ya xəstələrin xaricə daşınması məsələsində ciddi olmadığını dedi.

Əlavə etdi: ” 350000-dən çox Yəmən vətəndaşı xroniki xəstəliyə tutulub və müalicə üçün onların xaricə köçürülməsi zəruridir. Müalicəsinin davam etdirilməsi üçün hazırda 30.000-dən çox Yəmən vətəndaşı gözləmə siyahısındadır.

Yəməni hava limanının bağlanması beynəlxalq hüquqa ziddir və Yəmən vətəndaşlarının tibbi xidmətlər almaq üçün səyahət etmələrini əngəlləmək bütün hüquqi və humanitar meyarlara əsasən, bir cinayətdir və bunun heç bir siyasi səbəbi yoxdur.

Müalicə üçün İordaniyaya köçürülən 30 Yəmən vətəndaşı belə, yeddi aydır ki, Yəmənə qayıda bilməmişdir.”Sənaa səlahiyyətliləri, Səudiyyə koalisiyasının son beş ildə Yəmənə qarşı davam edən mühasirəsi və təcavüzü səbəbiylə çətin vəziyyətdə olan bütün yəmənlilərin həyatından Birləşmiş Millətlərin məsuliyyət daşıdığını vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 15 =