Yəmən saytı: Həzrəməvtdə naməlum şəxslər Amerika əsgərlərinə hücum edib
Yəmən mənbələri ehtimalən Həzrəməvt qəbilələrindən olan bir neçə naməlum şəxsin bu əyalətdəki Amerika əsgərlərinə hücum etdiyini bildirib.
Sosial şəbəkələrin fəalları bu gün, çərşənbə axşamı Yəmənin şərqində yerləşən Həzrəməvt əyalətində bir neçə naməlum silahlı şəxsin Amerika əsgərləri ilə toqquşduğu videolar yayımlayıb.
“Əl-Bəvabətul-Əxbariyyətil-Yəməniyyə” xəbər saytı bu toqquşmaların Həzrəməvt vadisində baş verdiyini və bu əyalətin qəbilələrinə bağlı bir sıra silahlı qüvvələrin bu toqquşmada iştirak etdiyini bildirib. Amerika əsgərləri bu qüvvələr tərəfindən pusquya salınıb.
Amerika əsgərləri bu yaxınlarda Həzrəməvtin neft bölgələrində mövcudluğunu gücləndirmişdilər.
Amerika hərbçilərinin Həzrəməvtdə varlığının artması Yəmən xalqının qəzəbini artırıb. Bəzi ekspertlər vurğulayırlar ki, amerikalıların Səudiyyə-BƏƏ koalisiyasının işğal etdiyi ərazilərdəki fəaliyyətləri mümkün xalq üsyanından xəbər verir.
Yəmənin Əl-Mohrə vilayətinin valisi Əl-Qutəbi Əli Hüseyn Əl-Fərəci ötən cümə axşamı vurğulayıb ki, ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Yəmənin işğal olunmuş ərazilərindəki maraqları, xüsusən də “Qaşon” və “Niştun” limanlarında hərbi mövcudluğu hər kəsə məlumdur.
Əl-Fərəci ABŞ və İngiltərənin Yəmənin regional sularında və cənub əyalətlərində mövcudluğunu düşmənçilik hərəkəti kimi qiymətləndirib və deyib: Bu ölkələrin Yəməndəki mövcudluğu region və dəniz təhlükəsizliyinə fəlakətli təsirlər göstərəcək.
Əl-Fərəci Əl-Mohrə sakinlərinin işğala qarşı olduğuna işarə edərək, cənub və şərq vilayətlərinin azad ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin varlığına qarşı durmalarını və bu mövzuda müqavimət göstərmələrini istəyib.