Yəmən Suriyaya yeni səfir təyin etdi
Yəmənin Milli Qurtuluş Hökuməti Suriyaya yeni səfir təyin edib.
Bu barədə paytaxt Sənadakı Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, Abdullah Əli Saleh Sabir Dəməşqə səfir olaraq göndəriləcək.
Yeni səfirin etimadnaməsini Suriya Prezidenti Bəşər Əsədə təqdim edəcəyi də diqqətə çatdırılıb.
Maide.az