Yəmən: Tramp sionistləri Amerikaya köçürsün

Yəmən: Tramp sionistləri Amerikaya köçürsün

 Ənsarullah hərəkatının lideri ABŞ prezidentinin fələstinliləri Qəzza zolağından köçürmək üçün anti-fələstin planını pisləyərək onun bu təhlükəli planının bir çox ölkələrin etirazına səbəb olduğunu qeyd edərək bu yaxşı işdirsə, elə sionistləri oraya köçürmələrini deyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən,   Əbdülməlik Əl Husi bu gün (13 fevral) həftəlik çıxışı zamanı ABŞ prezidentinin Qəzza zolağından fələstinliləri köçürmə planını bir çox hüquqların qaynaqlandığı haqqın müsadirəsi kimi qiymətləndirərək deyib: Tramp cinayətkardır və cəfəngiyyat və təlxəklik vərdişi var.

Yəmən İnqilabının Rəhbəri bildirib ki, Tramp ilk prezidentlik dövründə “Əsrin müqaviləsi”ni təklif edib. Bu gün ikinci mərhələdə fələstinliləri yerindən qovub, əsrin cinayətini tarixə yazır.

Əbdülməlik Əl Husi Trampın Fələstin məsələsini tamamilə rəsmi şəkildə məhv etmək istədiyini bəyan etidyini və fələstinliləri köçürmək əvəzinə sionist yəhudiləri Amerikaya köçürməsini və onlara öz ölkələrində yer vermələrini tövsiyə edib. Çünki orada geniş torpaqlar və çoxlu yaşayış olmayan ərazilər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 14 =