Yəmən: Xalqımız hər gün Amerika silahları ilə öldürülür

Yəmən: Xalqımız hər gün Amerika silahları ilə öldürülür

Yəmənin Milli Qurtuluş Hökumətinin Xarici İşlər Nazirliyi ABŞ-ın təcavüzü dayandırmaq niyyətində olmadığını bəyan edib və vurğulayıb ki, bu məsələ Yəmən torpaqlarının mühasirəsi və işğalına mütləq tərəfdarlıq zamanı aydınlaşır.

Yəmənin Milli Qurtuluş Hökumətinin Xarici İşlər Nazirliyi bu cümə axşamı ABŞ-ın bu ölkəyə qarşı ikili standartları və atəşkəslə bağlı iddialarına təəccübləndiyini bildirib.

Əl-Məsirə xəbər kanalı bu Yəmən qurumunun bəyanatına istinad edərək bildirib ki, Yəmən Amerikanın bu ölkədə sülh səyləri ilə bağlı iddialarına təəccüblənir. Çünki Yəmən xalqının problemlərinin əsas səbəbkarı Vaşinqtondur.

Səna əlavə edib: Amerika bu cür iddialarla Yəməndə sülhə olan təsirsiz mövqeyini ört-basdır etməyə çalışır. Yəmən xalqı mühasirədədir və hər gün Amerikanın silahları və yaşıl işığı ilə öldürülür.

Bu Yəmən təşkilatı bəyan edib ki, Amerika təcavüzü dayandırmaq niyyətində deyil. Bu məsələ müharibəyə mütləq tərəfkeşlik və təcavüzün, mühasirə və Yəmən torpaqlarının işğalının davam etdirilməsində israrın gedişində açıq şəkildə özünü göstərir.

Sonda Milli Qurtuluş Hökumətinin Xarici İşlər Nazirliyi vurğulayıb ki, Birləşmiş Ştatlar davamlı sülhə nail olmaq üçün istənilən səmimi səylərə mane olur.

Məlumatlı yerli mənbələr bu yaxınlarda Amerika hərbi komandasının Yəmənin neftlə zəngin Həzramovt vilayətinə daxil olduğunu, amerikalıların bura ardıcıl səfərlərinin getdikcə artdığını və daha çox Yəmən neft və qazını talan etmək məqsədi daşıdığını açıqlayıb.

Bu səfər Yəmən ordusunun təcavüzkar Səudiyyə-BƏƏ və Amerika koalisiyası tərəfindən ölkə neftinin mümkün qədər talan edilməsinin qarşısını almaq üçün bu yaxınlarda Həzrəmovt əyalətindəki Əz-Zabə limanını pilotsuz təyyarə hücumları ilə hədəf aldığı bir vaxtda baş tutub.

Səud koalisiyası tərəfindən təyin edilmiş Həzrəmovt valisi Məbxut bin Mazi bu Amerika nümayəndə heyəti ilə görüşüb. Yəmən mənbələri bildirirlər ki, bu görüşdə Bin Qazi Yəmənin öz neftinin koalisiya tərəfindən ixracına qadağa qoyması qərarından Amerika hərbçilərinə şikayət edib.

Yəmən ordusu bu yaxınlarda xəbərdarlıq etmişdi ki, Səudiyyə koalisiyası və onun amerikalı ağalarına Yəmən neftini qarət etməyə icazə verməyəcək və talan üçün Yəmən limanlarına yaxınlaşan hər bir gəmi məhv ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + twenty =