Yəmən xalqının “Müstəmləkə əleyhinə fəryad günü” mitinqi-Video

Yəmən xalqının “Müstəmləkə əleyhinə fəryad günü” mitinqi-Video

Səna və Yəmənin bir sıra şəhərləri “Müstəmləkə əleyhinə fəryad günü” münasibəti ilə kütləvi yürüşlərin şahidi olub.

Əl-Aləm-in Yəməndəki müxbiri xəbər verir ki, on minlərlə yəmənli bu yürüşdə iştirak etməklə, Amerikanın bölgədəki üstünlüyü və zorakılığına qarşı mübarizənin davam etdirilməsini vurğulayəb.

Bu hesabata görə, təcavüzkar koalisiya və ABŞ Yəməndə sülh prosesinə maneçilik törədir və vaxt qazanmağa çalışır.

Eyni zamanda minlərlə yəmənli paytaxt küçələrində, Səədə və İmran şəhərlərində yürüş keçirərək qlobal istismarçılığı pisləyib və Amerikanın planlarına qarşı durmağa təkid edib.

Bu yürüşün iştirakçıları Vaşinqtonun azadlıq və demokratiya şüarlarının yalan olduğunu vurğulayaraq, Yəməndəki təcavüzə rəhbərlik edənin və sülh prosesinə mane olanın məhz, ABŞ olduğuna işarə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =