Yəmən xalqının Qəzzəyə dəstəyi davam edəcək

Yəmən xalqının Qəzzəyə dəstəyi davam edəcək

Yəmən Ənsarullah hərəkatı siyasi bürosunun üzvü imanlı Yəmən xalqının möhkəm iradəsi ilə Qəzzə xalqına dəstəklərinin davam edəcəyini bildirib.

Məhəmməd Əl Fərəh dünən axşam (21 may) Yəmən silahlı qüvvələrinin bu xalqın möhkəm iradəsi ilə Fələstinə dəstək verəcəklərini və xalqın həftəlik etiraz aksiyalarının da davam edəcəyini qeyd edərək deyib: Xalqımız məhz elə möhkəm iradə və imanları ilə Fələstinin arxasındadır və məhz elə bu iman düşmən sionistlərin hiddətinə səbəb olub.

Məhəmməd Əl Fərəh həmçinin 7 oktyabr 2023-cü il hadisəsinin yəmənlilərə işğalçı sionist rejimə qarşı hərbi əməliyyatlar və dəstək aksiyalarının şiddətləndirdiyini qeyd edərək deyib: İsrailin Səna hava limanına hücumları belə xalqımızın əzmkarlığını sarsılda bilmədi, imanımızı zəiflətmədi və Fələstin xalqına dəstəklərimizin daha da güclənməsinə səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =