Yəməndə 15 Səudiyyə muzdlusu öldürülüb və yaralanıb

Yəməndə 15 Səudiyyə muzdlusu öldürülüb və yaralanıb

Yəmənin cənubunda yerləşən Ləhic vilayətindəki mövcud yerli mənbələr Səudiyyə Ərəbistanı və BƏƏ-yə bağlı muzdluların Ləhic vilayətində yenidən bir-birilə münaqişəyə girdiyini, nəticədə 15 nəfərin öldüyünü və yaralandığını bildirib.

Yəmənin cənubunda yerləşən Ləhic əyalətindəki yerli mənbələr Səudiyyə Ərəbistanı və BƏƏ-yə bağlı muzdlular arasında qarşıdurmanın çərşənbə axşamı yenidən artdığını bildirib.

Ənsarullah xəbər saytı bu mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bu yaxınlarda qurduğu “Dirəl-Vətən” (Vətən Qalxanı) kimi tanınan muzdlularla BƏƏ-yə bağlı “Cənub Keçid Şurası” kimi tanınan muzdlularla toqquşma zamanı  Tur əl-Bahə” bölgəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Bu arada Keçid Şurasının ünsürləri Dirəl-Vətən ünsürləri ilə ciddi şəkildə toqquşub, çünki Səudiyyə Ərəbistanı Babəl-Məndəb boğazı yaxınlığında strateji üçbucağın ümumi ərazilərində yeni muzdlular yerləşdirməyə çalışır.

Adı çəkilən mənbələr münaqişələrin miqyasının həddən artıq genişləndiyini və Əl-Bahənin cənub bölgələrinə də çatdığını vurğulayıb. Bu qarşıdurmaların intensivliyinin artaraq Ləhic vilayətinin strateji ərazilərinə çatacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 5 =