Yəməndə BƏƏ muzdlularının yolunda partlayış: 6 nəfər həlak olub

Yəməndə BƏƏ muzdlularının yolunda partlayış: 6 nəfər həlak olub

Yəmənin cənubunda Cənub Keçid Şurası (BƏƏ-yə bağlı) milislərin yolunda iki partlayıcı paketin işə salınması nəticəsində 6 muzdlu öldürülüb.

Yəmən mənbələri iki partlayıcı paketin Yəmənin cənubunda Cənub Keçid Şurası (BƏƏ-yə bağlı) yaraqlılarının yolunda işə salındığını bildirib.

Vakalatus-Səhəfatil-Əmniyyə xəbər saytı bu mənbələrə istinadən xəbər verir ki, Abin əyalətində bu partlayıcıların partlaması zamanı bu ünsürlərdən 6 nəfəri ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar arasında Keçid Şurasının 103-cü diviziyasının komandiri Əbdülqadir Əl-Cəəri də var.

Yerli mənbələr onu da bildirdilər ki, Abinin mərkəzi bölgələrinin qəbilələri Əz-Zale və Ləhicdən bu əyalətə köçən BƏƏ muzdlularına qarşı bu gün ictimai səfərbərlik elan ediblər. Çünki bu ünsürlər bu əraziləri işğal etmək niyyətindədirlər.

Yəmənin cənubunda mövcud olan və “Əl-İslah” partiyasına bağlı komandan Adil Əl-Həsani bu gün deyib ki, Abin və Şəbva qəbilələri BƏƏ-nin dağıdıcı planlarına qarşı çıxmaq üçün “xalq və qəbilə müqaviməti” yaradıblar.

Yəmənin təhlükəsizlik mənbəsi ötən çərşənbə axşamı bildirib ki, Abin əyalətində BƏƏ-nin dəstəyi ilə Cənubi Yəmənin Keçid Şurasına bağlı “Təhlükəsizlik Kəməri” qüvvələri ilə Abin qüvvələri arasında qarşıdurma baş verib.

Bu mənbə bildirib ki, “Əl-Qaidə” qruplaşmasına bağlı silahlı şəxslər Cənubi Yəmənin Keçid Şurasının nəzarəti altında olan Ahur şəhərində yerləşən Əl-Xəşa bölgəsindəki təhlükəsizlik məntəqəsinə hücum ediblər. Nəticədə bu qüvvələrin komandiri Yasir Əbu Şaye və onun bir sıra yoldaşları öldürüldü.

Mənbə bildirib ki, bu hücumdan sonra iki tərəf arasında silahlı qarşıdurma yaranıb, nəticədə 6 Əl-Qaidə üzvü öldürülüb, qalanları isə qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =