Yəməndə Fələstinə dəstək yürüşü

Yəməndə Fələstinə dəstək yürüşü

Yəmən xalqı Qəzza zolağının məzlum fələstinlilərinə dəstək məqsədilə cümə günü (22 mart) səhər saatlarında “Sənada” şəhərində “Siz tək deyilsiniz, Qəzzanın yanında möhkəm dayanmışıq” şüarı ilə izdihamlı yürüş keçiriblər.

Əl Alət telekanalının məlumatına əsasən, bu yürüşlə eyni vaxtda Sənada vilayətinin digər şəhərlərində də yürüş keçirilib və bu ölkənin yüz minlərlə vətəndaşı Fələstin və Yəmən bayraqlarını dalğalandıraraq məzlum Qəzza xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Bu yürüşlərdə iştirak edənlər sionist rejim və ABŞ əleyhinə şüarlar səsləndirərək, müsəlmanların və dünya azadlıqsevərlərinin məzlum Qəzza xalqına dəstəyini və sionist rejimin cinayətləri ilə müxalifət göstərməsini tələb ediblər.

Bu yürüş iştirakçıları öz bəyanatlarında ərəb və İslam xalqlarından Qəzza və Fələstin xalqına qarşı islami və mənəvi bir vəzifə olaraq Amerika mallarını, İsrail rejimi və onlara dəstək verən şirkətləri boykot etmələrini istəyiblər.

Bu yürüş 30-cu həftədir ki, “Qəzzəyə dəstək üçün hücumlarımızı gücləndirəcəyik” şüarı ilə keçirilir.

Yəmən xalqı bu yürüşdə Qəzza əhalisinə dəstək və sionist rejimin cinayətkar rejimini pisləyən şüarlar səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − four =