Yəməndə gedən döyüşlərdə tanınmış general ölüb

Yəməndə gedən döyüşlərdə tanınmış general ölüb

Bakı, 13 dekabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət ordusunun general-mayor rütbəli yüksək çinli hərbçisi Yəməndə husilərlə gedən döyüşdə ölüb.

SalamNews Anadolu.Aşarbic-ə istinadla xəbər verir ki, Yəməndə gedən döyüşlər zamanı Abdu-Rabbih Mansur Hadi hökuməti ordusunun “Hərbi Əməliyyatlar Şurası”nın komandanı general-Mayor Nasir əz-Zibani ölüb.

Əlavə edilib ki, o və onunla yanaşı bir neçə yüksək çinli hərbçilər Mərib şəhəri ətrafında gedən döyüşlərdə ölüblər.

Qeyd edək ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu” (husilər) və “Milli Qurtuluş Hökuməti”nin qüvvələri Mərib şəhərini üç istiqamətdən mühasirəyə alıblar. Husilər şəhərin yaxın zamanlarda süqut edəcəyini bildirirlər.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − twelve =