Yəməndə İsrail və Əmirliklər arasında sıx əməkdaşlıq
Birləşmiş Ərəb Əmirlikləri və İsrail Yəmənin Sokotra arxipelaqında, xüsusilə Əbdül Kuri adasında strateji hərbi baza qurmağı planlaşdırır.
Qəzza və Livandakı qırğınlar bir çox ölkəni, o cümlədən Təl-Əvivin qərbli müttəfiqlərini sionist rejimlə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini kəsməyə məcbur edib.
Eyni zamanda, Fələstin tərəfdarı mövqe tutan, lakin pərdə arxasında İsrail ordusuna dəstək verən ölkələr var.
Bu günlərdə Yəmən mətbuatı etibarlı mənbələrə istinadən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin Ədən körfəzinin şərqində işğal altında olan Sokotra adalarından yəmənlilərə qarşı yeni planını açıqlayıb.
Yerli mənbələr bir sıra Əmirlik və İsrail zabitlərinin Əbdül Kuri adasında birgə əməliyyat mərkəzi yaratmaq üçün keçən həftə Sokotra arxipelaqına gəldiyini təsdiqləyiblər .
Bu inkişaf BƏƏ-nin 2020-ci ildən İsrail üçün Əbdül Kuri adasında strateji hərbi baza yaratmaq prosesinin bir hissəsidir.
Baza Ədən körfəzi, Bab-əl-Məndeb boğazı və Afrika Buynuzu üçün mühüm dəniz müşahidə mərkəzlərini əhatə edir.
Daha əvvəl G-Forum və Intelligence Online kimi fransız saytları bu planlar və BƏƏ-nin 2020-ci ilin sentyabrında Yəmənin Cənub Keçid Şurasına təzyiqi barədə məlumat vermişdilər .
Sokotra arxipelaqı Hind okeanının şimal-qərbində, əl-Mahra əyalətinin sahillərində yerləşir və Abdul Kuri, Samha, Darsa, Karail Firon və Sayal adalarından ibarətdir.
Abdul Kuri adası Hind okeanında kritik bir yerə malikdir.
Mənbələrin bildirdiyinə görə, Əbu-Dabi bu hərbi bazanı Yəmən müqavimətinin Qırmızı dənizdəki əməliyyatlarına nəzarət etmək və Ənsarullah hökumətinin nəzarətində olan ərazilərə hava zərbələri endirəcək İsrail döyüş təyyarələrini qəbul etmək üçün hazırlayır.
İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) İsrailin Abdul Kuri adasında sensorlar və radarlar quraşdırdığını təsdiqləyib.
Ənsarullah Qəzza hücumunun başladığı gündən bəri Qırmızı dənizdə “cəbhələrin birliyi” strategiyası ilə İsrailə qarşı təsirli əməliyyatlar aparır.
Bab-əl-Məndeb boğazındakı blokada İsrail iqtisadiyyatına ciddi zərbə vurdu.
Yedioth Ahronoth qəzetinin məlumatına görə, yükdaşıma xərcləri 300 faiz artıb (2000 dollardan 8000 dollara), gəminin tranzit müddəti isə iki dəfə artıb.
Hətta ABŞ-ın müdaxiləsi də Ənsarullahın əməliyyatlarını dayandıra bilmədi. Əksinə, Amerika donanması raket hücumlarına məruz qaldı.
Hazırda İsrailin Əmirliklərlə birlikdə Yəmən adalarında radar və İHA sistemləri yerləşdirməsi yəmənlilərin müqavimət imkanlarına təsir göstərə bilməyəcək kimi görünür.
Ənsarullahın kəşfiyyat üstünlüyü və əməliyyat imkanları düşmən fəaliyyətlərini zərərsizləşdirmək potensialına malikdir.
Tarixən Yəmən Qırmızı dənizdə İsrail üçün kritik geosiyasi bölgə olub. 1962-1965-ci il vətəndaş müharibəsindən 1973-cü il Ərəb-İsrail müharibəsinə qədər Yəmən bölgədəki tarazlıqlara əhəmiyyətli dərəcədə təsir etdi.
BƏƏ-nin İsrailin Yəmən adalarında hərbi fəaliyyətinə dəstək verməsi Ənsarullahın qırmızı xətlərini keçməsi deməkdir.
Bu vəziyyət Abu Dabi üçün ciddi risklər və mümkün reaksiyalar yarada bilər.