Yəməndə “İstismarçılara qarşı fəryad” yürüşü-Video

Yəməndə “İstismarçılara qarşı fəryad” yürüşü-Video

Yəmən xalqı bu gün (cümə) genişmiqyaslı “İstismarçılar qarşı fəryad” yürüşü keçirib.

Səədədəki yəmənlilər “İstismarçılara qarşı fəryad” mərasiminin ildönümü münasibətilə geniş miqyaslı yürüş keçirib.

Yəmən xalqı hər il şəhid Hüseyn Bədruddin Əl-Husinin təşəbbüsü ilə əsası qoyulan “İstismarçılara qarşı fəryad” mərasimini yad edir.

Yürüşün məqsədi qlobal istismara qarşı müqavimət cəbhəsinin məqsədi və bu şüarın əhəmiyyəti və işğalçı sionist rejimə qarşı durmağın zəruriliyi, onların təcavüz və istismarçı planları barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Yəmənin qələbəsinə qədər mübarizənin davam etdirilməsi, müqavimətin dəstəklənməsi və Yəmənin digər təcavüzkarlardan təmizlənməsi bu yürüşün keçirilməsindəki digər önəmli hədəflərdəndir.

Mərasimdə iştirak edən yəmənli şəxsiyyət İbrahim Əl-Ubeydi Yəmənə qarşı təcavüzün Yəmən xalqının ABŞ hegemonluğuna qarşı müqaviməti ilə bağlı olduğunu və Səədə vilayətinin Yəmənə və onun rəhbərliyinə sadiq olması səbəbindən möhkəm dayandığını bildirib.

Digər yəmənli şəxsiyyət Səruddin Amir deyib: Yəmən xalqı Yəmənə təcavüzün Amerikanın sui-qəsdinin bir hissəsi olduğunu sübut etmək üçün istismarçılara qarşı fəryad ayinini dirçəldir.

Yürüş iştirakçıları yekun bəyanatda məzlum Fələstin xalqına davamlı dəstəklərini, cihad və müqavimətə sadiq olduqlarını vurğulayıblar.

Onlar həmçinin sionist rejimlə münasibətləri normallaşdırmaq təhlükəsi və yalnız İslam ümmətinin düşmənlərinin xeyrinə olan saxta sülh çağırışları barədə də xəbərdarlıq ediblər.

Bəyanatda təcavüzkar Səudiyyə-Amerika koalisiyasına Yəmənə qarşı təcavüzünü davam etdirməklə bağlı xəbərdarlıq edilib və Yəmənin azad və müstəqil qalacağı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + fifteen =