Yəməndə Səudiyyə Ərəbistanı komandirləri hədəfə alındı

Yəməndə Səudiyyə Ərəbistanı komandirləri hədəfə alındı

Az.shafaqna.com Eastnews.org-a istinadən xəbər verir ki, Yəmənin”Ənsarullah” hərəkatı və ordu qüvvələri Məarib vilayətində Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinə qarşı hərbi əməliyyat keçirib.

Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, hərbi əməliyyat zamanı Məarib şəhərində işğalçı ordunun komandirləri və hərbi heyəti hədəfə alınıb.

Düşmən qüvvələrə ciddi zərbə vurulduğu qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =