Yəməndə Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” keçirili
Yəmənin paytaxtı Səna şəhəri bu gün uşaqların iştirakı ilə izdihamlı etiraz aksiyasının şahidi olub.
Bu gün Yəmənin paytaxtı Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” adlı etirazların şahidi olub.
Bu etiraz aksiyaları, BMT-nin Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndə uşaqlara qarşı zorakı addımlarını pisləməməsindən sonra keçirilib.
Qeyd edək ki, BMT 2016-cı ildə Səudiyyə Ərəbistanı və onun rəhbərlik etdiyi hərbi koalisiyanı, müharibə zamanı “uşaqların hüquqlarını pozan” ölkələr siyahısına daxil etmişdi. Daha sonra Səudiyyə Ərəbistanı Yəmənə “yardımla bağlı” dəstəyini kəsəndən sonra BMT bu qərarından daşındı. Cari ayda BMT əksinə Yəmənin Ənsarulla hərəkatını qeyd edilən siyahıya əlavə edib.
Salamnews