Yəməndə terrorçular və işğalçı əsgərlər saxlanıldılar
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Daxili İşlər Nazirliyi ölkədə keçirilən son əməliyyat ilə bağlı açıqlama yayıb.
Rəsmi açıqlamada dünən əl-Bəyda vilayətində “əl-Qaidə” terrorçuları və Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri əsgərlərinin saxlanıldığı vurğulanıb.
“Dünən “əl-Qaidə” terrorçularından 9 nəfər, işğalçı əsgərlərdən isə 63 nəfər saxlanılıb. Hal hazırda istintaq və əməliyyat tədbirləri davam edir”, – deyə rəsmi açıqlamada diqqətə çatdırılıb.
Qeyd olunub ki, bölgədə terrorçular ilə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri əsgərləri ilə əməkdaşlıq edir.