Yəməndə yenə dinc sakinlər öldürüldü

Yəməndə yenə dinc sakinlər öldürüldü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə ordusunun Yəmənin şimal sərhədindəki yaşayış məntəqələrinə artilleriya hücumu nəticəsində 25 yəmənli mülki şəxs həlak olub və yaralanıb.

Əl-Məsirə-nin telegram kanalının məlumatına görə, Yəmənin Sədə şəhərinin təhlükəsizlik rəsmisi Səudiyyə ordusunun Sədə vilayətinin Mənbe sərhəd qəsəbəsindəki Əl-Raqo və Ali-Şeyx adlı iki bölgəsini hədəfə aldığını açıqlayıb.

Mənbə əlavə edib: Hücum nəticəsində ən azı 3 mülki şəxs şəhid olub, 12 nəfər, o cümlədən üç afrikalı mühacir yaralanıb.

Yəmənin təhlükəsizlik rəsmisi bildirib: Səudiyyə Ərəbistanı həmçinin sərhəddə yerləşən Şada şəhərini artilleriya mərmiləri ilə hədəfə alıb və nəticədə 10 mülki şəxs yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =