Yəməndəki müharibə ABŞ və İsrail rejiminin əleyhinədir
“ABŞ-ın Ənsarullah hərəkatını terror təşkilatı elan etməsi qərarı Yəməndəki müharibənin ABŞ və İsrail rejiminin əleyhinə olduğunu göstərdi”,- deyə İranın Yəməndəki səfiri bildirib. ABŞ Dövlət Katibi Pompeo bildirmişdir ki, Yəmənin Ənsarullah təşkilatının xarici terror təşkilatı siyahısına daxil edilməsi barədə qərar Konqresə bildirilib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Həsən İrlu “Twitter” səhifəsində ABŞ qərarının heç bir qanuni əsasının olmadığını vurğulayıb: “Bu Yəmənə qarşı aparılan müharibənin ABŞ və İsrail rejimi tərəfindən aparıldığını göstərir, çünki qərar Ənsarullahın ardıcıl qələbələrdən və təcavüzkar ərəb koalisiyasının məğlubiyyətindən sonra verildi”. Onun sözlərinə görə, ABŞ qərarı Yəmənə qarşı təcavüzü və mühasirəsini dahada artırır və BMT-nin nəzarəti altında sülh prosesini çətinləşdirir.
Xatırladaq ki, 2015-ci ildə ABŞ və Britaniyanın dəstəklədiyi Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin işğalçı koalisiyası, ərəb dünyasının ən kasıb ölkəsi Yəmənə qarşı geniş miqyaslı təcavüzə başladı. Hərbi təcavüz minlərlə Yəmənlinin ölümü və yaralanması, milyonlarla vətəndaşın qaçqın düşməsinə, infrastrukturun məhvinə, ölkədə aclıq və yoluxucu xəstəliklərin yayılmasına yol açdı.