Yəməndən İsrail rejiminə balistik raket atıldı

Yəməndən İsrail rejiminə balistik raket atıldı

İsrail rejiminin ordusu (IDF) açıqlayıb ki, Yəməndən rejim ərazilərinə balistik raket buraxılıb. Hadisədən dərhal sonra Qüds və İordan çayının Qərb sahilində yerləşən bir sıra yaşayış məntəqələrində həyəcan siqnalları çalınıb.

Hərbi mənbələrin verdiyi məlumata görə, raketin zərərsizləşdirilməsi istiqamətində hava hücumundan müdafiə sistemləri işə salınıb. Raketin Yəməndə fəaliyyət göstərən Ensarullah hərəkatı tərəfindən buraxıldığı bildirilib.

Məlumata əsasən, raket hücumunun ardınca Qüds ətrafında, Qərbi İordan sahilinin cənub-qərbində və Ölü dəniz yaxınlığındakı icmalarda sirenlər aktivləşdirilib.

İsrail rejiminin hərbi rəsmiləri etiraf ediblər ki, 18 mart tarixindən etibarən Qəzza zolağında HƏMAS-a qarşı davam edən əməliyyatlar çərçivəsində Ensarullah qüvvələri rejimə ümumilikdə 81 balistik raket və ən azı 35 pilotsuz uçuş aparatı göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − one =