Yəmənin Əl-Mahra vilayətində amerikalıların şübhəli hərəkətləri müşahidə edilir
Məlumatlı mənbələr Yəmənin Əl-Mahra əyalətində amerikalı hərbçilərinin ərazidə nəzarəti ələ keçirmə planını həyata keçirmək üçün şübhəli hərəkətlər etdiyini bildirib. Sentyabrın 26-sı Britaniya və ABŞ qüvvələrindən ibarət dəstənin Əl-Mahra əyalətinə gəldikləri, digərlərinin isə Əl-Qayza şəhərinin hava limanında yerləşdiyi bildirilir.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, səudiyyələrin Əl-Mahra əyalətindəki hərəkətlərini dəstəkləyən və qüvvələrini bölgəyə yerləşdirən ABŞ, dünya ictimaiyyəti qarşısında Əl-Mahra əyalətini işğal etməsi üçün bəhanə və əsas axtarır. Yəmənin Milli Qurtuluş Hökumətinin baş naziri Əbdül Əziz bin Habtur çıxış edərək, ABŞ-ın Yəmən səfiri Kristofer Henzelin Əl-Mahra əyalətinə son səfərini qınayıb və bunu, Yəmənin həmin bölgəsində ABŞ qoşunları üçün şərait hazırlanması kimi göstərdi.
Xatırladaq ki, Səudiyyə rejimi 2015-ci ilin martında ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə Yəməni qurudan, dənizdən və havadan mühasirəyə alıb və 2018-ci ilin ortalarında qoşunlarını Əl-Mahra vilayətinə rəsmən göndərdi. Səudiyyə rejiminin qoşunlarının Əl-Mahra vilayətindəki bir neçə bazada və mühüm iqtisadi mərkəzlərdə yerləşdirilməsi yerli qəbilələrin kəskin etirazları ilə qarşılandı.