Yəmənin Ənsarullah Hərəkatının sözçüsü: HƏMAS hərəkatının çəkindirici gücü qürurvericidir

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü: HƏMAS hərəkatının çəkindirici gücü qürurvericidir

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Fələstinin HƏMAS müqavimət hərəkatının yaranmasının 35-ci ildönümünü təbrik edərək vurğulayıb:

Bu hərəkatın işğalçı rejimə qarşı çəkindirici gücü qürurvericidir.

Məhəmməd Əbdüssalam sosial şəbəkələrdə verdiyi açıqlamada belə yazıb: İslami müqavimət hərəkatını Həmas-ın yaranmasının 35-ci ildönümü münasibətilə təbrik edir və vurğulayırıq ki, Fələstin xalqı bütün Fələstinin azadlığı üçün həmişə mübarizə aparıb və mübarizəni davam etdirir.

Məhəmməd Əbdüssalam HƏMAS hərəkatının əldə etdiyi çəkindirici qüvvəni yüksək qiymətləndirib və bu hərəkatın İsrail düşməninə qarşı əldə etdiyi çəkindirici qüvvənin qürur və şərəf mənbəyi olduğunu vurğulayıb.

Dünən HƏMAS hərəkatı bu hərəkatın yaranmasının ildönümünü minlərlə fələstinlinin iştirakı ilə şəhərin qərbindəki Qəzzə şəhərinin Əl-Kətibə meydanında böyük bir toplantıda Qəssam batalyonlarına məxsus pilotsuz təyyarələr eskadrilyasını şəhərin səmasında havaya qaldıraraq qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 10 =