Yəmənin Ənsarullah Hərəkatı ərəb ölkələrindən Fələstinə dəstək istəyib

Yəmənin Ənsarullah Hərəkatı ərəb ölkələrindən Fələstinə dəstək istəyib

Yəmənin Ənsarullah Hərəkatı bir bəyanatda ərəb ölkələrini Fələstinə dəstək verməyə çağırıb və vurğulayıb ki, sionist rejimin cinayətləri və təcavüzləri istisnasız olaraq bütün İslam xalqlarını hədəf alır.

Yəmənin Ənsarullah hərəkatı bu bəyanatında Ərəb Liqasına üzv ölkələrin rəhbərlərini Qahirə iclasında sionist rejimin zülm və hegemonluğuna qarşı ciddi mövqe nümayiş etdirməklə Fələstinə dəstək verməyə çağırıb.

Yəmənin Ənsarullah təşkilatı həmçinin ərəb ölkələrinin rəhbərlərini sionist rejimin işğal olunmuş Fələstindəki hərbi cinayətlərinə qarşı qəti mövqe nümayiş etdirməyə və mülki əhalinin xilası və Qəzza zolağının mühasirəsini yarmaq üçün ciddi addımlar atmağa çağırıb.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi daha sonra elan edib: Sionist rejimin atəşkəsi pozmaqda və Qəzzə zolağının keçidlərini bağlamaqda və humanitar yardımların ölkəyə girişinin qarşısını almaqda israrları təhlükəli hərəkətdir.

Yəmənin Ənsarullah hərəkatı əlavə edib: Fələstin xalqının Amerika terror hökumətinin dəstəyi ilə sionist rejimin törətdiyi hegemonluq və cinayətlərə qarşı müqavimət və mübarizə aparmaq haqqı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =