Yəmənin Ənsarullah hərəkatının lideri: İsrailin təhlükəsi hamını təhdid edir

Yəmənin Ənsarullah hərəkatının lideri bəyan edib ki, İsrail hamının düşmənidir və onun təhlükəsi hər kəsi təhdid edir.
Seyid Əbdülməlik Bədrəddin əl-Husi bildirib: “Fələstinlə bağlı susqunluq və hərəkətsizlik çox təhlükəlidir, xüsusilə də o halda ki, müsəlmanlar azsaylı bir ümmət deyillər.”
O əlavə edib: “İki milyardlıq müsəlman ümməti və yüz milyonlarla ərəbin böyük əksəriyyəti – azsaylı istisnalarla – açıq və qəti mövqe bildirmək əvəzinə, Fələstini taleyinə buraxıblar.”
Əl-Husi deyib: “Əgər ərəblər bu açıq və uzunmüddətli zülmdə – ki, onun səbəbi məhz onların səhlənkarlığıdır – Fələstin xalqının yanında durmurlarsa, bəs hansı zülm onları birləşdirə bilər?”
O vurğulayıb: “Ərəblərin Qəzza zolağında baş verən faciə qarşısında susması və sadəcə seyr etməsi vicdanların kütləvi ölümü və dəyərlərin unudulması deməkdir.”
Ənsarullah lideri əlavə edib: “Qəzzaya yardım etməyən bütün beynəlxalq qurumlar, dünya ictimaiyyəti və İslam Əməkdaşlıq Təşkilatının alnında böyük bir ləkə var.”
Əl-Husi sözlərinə belə davam edib: “Ərəb Liqası haradadır? Fələstin xalqına qarşı davam edən aclıq, soyqırım və zorla köçürülmə ilə bağlı hansı tədbiri görür?”
O sonda qeyd edib: “Fələstin xalqı İslam və ərəb xalqları tərəfindən xəyanətə uğradığını hiss edir, çünki bu xalqların məsuliyyəti digərlərindən daha çoxdur.”