Yəmənin hava hücumundan müdafiəsi Hiccə əyalətində Amerikanın casus PUA-sını vurub

Yəmənin hava hücumundan müdafiəsi Hiccə əyalətində Amerikanın casus PUA-sını vurub

Yəmən Silahlı Qüvvələrinin sözçüsü təcavüzkar koalisiyaya məxsus pilotsuz təyyarənin Hiccə əyalətində vurularaq məhv edildiyini açıqlayıb.

Yəmənin Hava Hücumundan Müdafiə qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bazar ertəsi bildirib ki, Yəmənin hava hücumundan müdafiəsi ABŞ istehsalı olan “Eagle Scan” kəşfiyyatçı PUA-sını Hiccə vilayətinin Hərz məntəqəsi səmasında vurub.

 “Eagle Scan” PUA-sının sürəti saatda 90 kilometr, uzunluğu isə 1,4 metrdir. PUA-nın çəkisi 20 kq, qanadlarının uzunluğu 3,1 m dir və o, 5,4 km hündürlükdə uça bilir.

Pilotsuz təyyarə “EO” keyfiyyətli, eləcə də “İR” infraqırmızı kamera ilə təchiz olunub və o, kəşfiyyat missiyalarında və hədəflərin təyin müəyən edilməsində istifadə olunur.

3,2 milyon dollar dəyərində olan Eagle Scan PUA-sı səmada 20-24 saat fasiləsiz uça bilir.

Yəmən ordusu ötən cümə günü Mərib və Əl-Cəvfdə də iki casus pilotsuz təyyarəni vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 14 =