Yəmənin mərkəzində mina partlaması nəticəsində 3 nəfər ölüb
Yəmənin mərkəzindəki Mərib əyalətində husilərin basdırdıqları minanın partlaması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Ölənlər bir mülki şəxs və iki istehkamçıdır.
Hökumət qüvvələri və husi üsyançıları məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Mərib əyalətinə nəzarət bir neçə gün əvvəl hökumət qüvvələrinə keçmişdi.
Report.az