Yəmənin müdafiə naziri: Atəşkəs təcavüzkarların istəklərinə uyğun olaraq davam etməyəcək
Yəmənin müdafiə naziri Yəmənə təcavüz edən ölkələrin bu ölkənin birlik və bütövlüyünü məhv etməyə çalışdıqlarını bildirib və bu ölkədə atəşkəsin təcavüzkar ölkələrin istəklərinə uyğun olaraq davam etməyəcəyini vurğulayıb.
Yəmənin müdafiə naziri Məhəmmədnasir Əl-Atifi bu ölkənin dördüncü hərbi bölgəsində (Yəmənin cənubu) bu gün axşam (cümə) qüvvələrə baxış keçirib.
“Əl-Məsirə” kanalının xəbərinə görə, Yəmənin müdafiə naziri bu səfər zamanı deyib:
“Təcavüzkar koalisiyaya üzv ölkələr və onların havadarları süni siyasi əngəllər yaradır və Yəmənin bütövlüyünü və ölkənin sosial quruluşunu məhv etmək, onu parçalamaq istəyirlər.
Onlar Yəməni saxta vətəndaş müharibəsi burulğanlarında boğmaq üçün və sionist rejim və Qərb ölkələrinin planlarının həyata keçirilməsinə uyğun olaraq Yəməni dini kimliyindən ayırmaq istəyirlər.
Məhəmmədnasir Əl-Atifi vurğulayıb:
Biz bütün gücümüzlə Yəmənin müstəqilliyini, azadlığını, ləyaqətini və birliyini qoruyub saxlayacağıq və bu, yalnız işğalçılar getdiyi zaman əldə olunacaq.”
Əl-Atifi daha sonra Yəmənin müdafiəsi üçün səylərin artırılmasını vurğulayaraq əlavə edib: Təcavüzkarlar və onların əlaltıları indi əsil əzabları dadacaqlar.
O, həmçinin Yəməndəki təcavüzkar ölkələrə xəbərdarlıq edib və vurğulayıb ki, atəşkəs onların istəklərinə uyğun olaraq qalmayacaq və Yəmən silahlı qüvvələri planlı hərəkətlərini həyata keçirəcək və regionda balansı bərpa edəcək.
Yəmənin müdafiə naziri əlavə edib: Həll yolu təcavüzkar koalisiyasının əlində deyil.
O, çıxışının başqa bir hissəsində Fələstin müqavimətini də xatırladıb və Fələstin müqaviməti və bu ölkənin qəhrəmanlarının müqavimət və sabitliyini və sionist rejimə qarşı əldə etdikləri böyük qələbələri tərifləyib və dəstək olduqlarını bildirib.
Yəməndə bir ildən artıqdır ki, atəşkəs hökm sürür. Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2014-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.