Yəmənin müdafiə nazirinin Səudiyyə koalisiyasına xəbərdarlığı

Yəmənin müdafiə nazirinin Səudiyyə koalisiyasına xəbərdarlığı

Yəmənin Milli Qurtuluş Hökumətinin Müdafiə naziri Səudiyyə koalisiyasına verdiyi sərt mesajda vurğulayıb ki, əgər onlar müharibə istəsələr, Yəmən qüvvələri də döyüşməyə hazırdır.

Yəmənin Milli Qurtuluş Hökumətinin Müdafiə naziri, briqada generalı Məhəmməd Nasir Əl-Atifi bu ölkənin Təiz istiqamətində yerləşən qüvvələrinə baş çəkib. Yəməndə bir ildən artıqdır ki, atəşkəs hökm sürür.

Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2014-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.

 Səudiyyə koalisiyası hələ də Yəmənin Milli Qurtuluş Hökumətinin bütün şərtlərini yerinə yetirməyib, buna görə də BMT və Omanın vasitəçiliyi ilə Yəməndə atəşkəs müvəqqəti olaraq uzadılacaq.

Əl-Atifi vurğulayıb: “Biz ən çətin şəraitdə belə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan peşəkar döyüşçülər yetişdiririk.” O, Səudiyyə koalisiyasına müraciət edərək deyib: “Əgər onlar sülh axtarırlarsa, onlar da (Yəmən qüvvələri) sülhsevərdirlər, lakin koalisiya hücumları gücləndirmək istəsə, o zaman bu qüvvələrin döyüş meydanında onlardan daha yaxşı olduğunu biləcəklər.”

O, bəyan edib: Biz Yəməni azad etməyə və təcavüzkarlar və Yəmən torpaqlarını işğal edənlərlə, istər əmirlikdən olanlar olsun, istər səudiyyəlilər, istərsə də onların arxasında dayanan və ya onlarla birlikdə döyüşənlərlə qarşılaşmağa hazırlaşırıq. Biz heç vaxt Yəmənin azad edilməsini dayandırmayacağıq və Yəmən torpağında hansısa bir işğalçının olmasını heç vaxt qəbul etməyəcəyik.

“Əl-Məsirə” saytının xəbərinə görə, Yəmənin Müdafiə naziri həmçinin deyib: Təcavüzkar koalisiyası ya Yəmənin inqilabi rəhbərləri və Ali Siyasi Şurasının qoyduğu şərtlər əsasında sülh elan ediəcək, ya da biz onlarla döyüş meydanında olacağıq.” O, həmçinin bildirib ki, mövcud vəziyyətin davam etməsi qəbuledilməzdir, çünki bu vəziyyət yalnız düşmənlərin xeyrinədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − two =