Yəmənin şərqində ABŞ və Britaniya hərbçiləri yerləşdirilib

Yəmənin şərqində ABŞ və Britaniya hərbçiləri yerləşdirilib

Yəməndəki Əl-Mohra vilayətinin gənclər məsələləri üzrə nümayəndəsi Bədr Əl-Qolşat bu ölkənin hava limanlarından birində ABŞ və Britaniya əsgərlərinin olduğunu bildirib.

Deyerler.org Farsnews-a istindən xəbər verir ki, Bədr Əl-Qolşat açıqlamasında bunları deyib: “ABŞ və Böyük Britaniya hərbçiləri Əl-Ğaizə hava limanında yerləşiblər və ABŞ-ın Yəməndəki səfiri Kristofer Hansel hava limanındakı ABŞ və Böyük Britaniya hərbi bazalarını ziyarət edib”.

O, ABŞ səfirinin bu addımının Yəmənin Britaniyanın müstəmləkəsindən azad olunmasının qeyd olunmasına təsadüf etməsindən təəccübünü çatdırıb.

2017-ci ilin sonunda Səudiyyə rejiminin koalisiyası Əl-Mohra vilayətinin təhlükəsizliyini gücləndirəcəyini, hərbi və təhlükəsizlik qüvvələrinin və texnikaların qaçaqmalçılığına qarşı mübarizə apardığını iddia edərək əyalətə yerləşib.

ABŞ səfiri də, Vaşinqtonun istefa vermiş Yəmən hökumətinin terrorizm və insan alveri ilə mübarizədə göstərdiyi səyləri dəstəklədiyini vurğulayıb.

Kristofer Hansel, Əl-Mohra əyalətinə planlaşdırılmamış səfəri vaxtı Ər-Riyad razılaşmasının sürətlə həyata keçirilməsinin və ölkədə yeni hökumətin qurulmasının vacibliyini də vurğulayıb.

2019-cu ildə Səudiyyə rejimi, Yəmənin istefa verərək qaçmış prezidenti Əbdür-Rabbu Mansur Hadi rejimi ilə BƏƏ-nin müttəfiqləri (Cənub Keçid Şurası) arasında Cənubi Yəməndə güc balansı yaratmaq üçün Ər-Riyad razılaşmasını təqdim etmişdi və bu qrupla istefa vermiş rejim arasında qanlı toqquşmalara son qoymamışdı. İxtilaflar nəinki azalmayıb, əksinə hər gün daha da qanlı vəziyyətə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =