Yəmənli istifadəçilər İraq briqadasına Abu Dabiyə hücum etdiyinə görə təşəkkür edirlər

Yəmənli istifadəçilər İraq briqadasına Abu Dabiyə hücum etdiyinə görə təşəkkür edirlər

Yəmənli istifadəçilər sosial mediada dünən dörd pilotsuz təyyarə ilə Əbu-Dabiyə hücum etdiyini açıqlayan Əl-Vədul-Həqq cinahına təşəkkür ediblər.

Bu barədə Əl-Vədul-Həqq-in bəyanatında deyilir.

 Bu cinah 4 pilotsuz təyyarə ilə BƏƏ-nin paytaxtında obyektlərə hücum edib.

Sözügedən cinah bəyanatında əlavə edib: “BƏƏ region hökumətlərinə, xüsusən də Yəmən və İraqa müdaxiləni dayandırmadığı müddətcə, bu hücumlar daha şiddətli və ağrılı olmağa davam edəcək.”

Kiber məkanda yəmənli istifadəçilər Yəmənə qarşı qəddar Səudiyyə-BƏƏ-Amerika təcavüzünə qarşı mübarizədə Yəmən xalqının yanında olduqları üçün Əl-Vədul-Həqq qrupuna təşəkkür ediblər.

Bununla bağlı Yəməndə “Əl-Vədul-Həqq briqadasına təşəkkürlər” və “Əl-Vədul-Həqq Briqadası bizim fəxrimizdir” həştəqləri populyarlaşıb.

Nasruddin Amir adlı istifadəçi Twitter-də yazıb:

 “ABŞ və İsrailin regionda törətdiyi iyrənc cinayətlərə, yəni Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətlərinə qarşı ayağa qalxan hər kəsə, təşəkkür edir və onların zəhərlənmiş bu satqın hökumətlərə qarşı davam edən şərəfli mövqeyini dəstəkləyirik. Səudiyyə Ərəbistanı və BƏƏ bu İslam ümmətinin kürəyinə saplanmış xəncərdir.”

Əbdürrəhman Əl-Əhnumi adlı başqa bir istifadəçi yazıb: “BƏƏ-ni təhlükələr bürüyür və azad şəxslər onu bütün guşələrdən dron və raketlərlə hədəfə alırlar.

BƏƏ artıq ərəb deyil, sionistdir və onun region xalqlarına qarşı cinayətləri pik həddə çatıb. “Sağ olun, ey azad iraqlılar!”

Visam Əziz də yazıb: İraqdan gələn PUA-lar satqın Ali-Zayidi hədəf alır. Bu, yeni qorxu balansında təhqiredici bir dəyişiklikdir.

Hərb adlı başqa bir istifadəçi yazıb: Biz İraq azaddlıqsevərlərinə  çox minnətdarıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + three =