Yəmənli istifadəçilər Yəmən Ənsarullah liderinin sözlərini dəstəkləyir-Foto

Yəmənli istifadəçilər Yəmən Ənsarullah liderinin sözlərini dəstəkləyir-Foto

Yəmən istifadəçiləri kiberməkanda Yəmən Ənsarullah lideri Seyid Əbdülməlik Əl-Husinin Yəmən raketlərinə qarşı mübarizədə səudiyyəlilərin İsraildən kömək istəməsi ilə bağlı açıqlamalarını yenidən dərc ediblər.

Ənsarullah hərəkatının lideri çərşənbə günü Yəmənin cənubundakı Taiz vilayətinin şeyxləri ilə görüşüb və deyib: Taiz vilayəti qürur, mətanət və səmimi vətənpərvərlik rəmzidir və o, bu əyalətə və bütün ölkəyə nisbətdəki təcavüzə qarşı gözəl mövqeyini nümayiş etdirir.

Əbdülməlik Əl-Husi əlavə edib ki, o, bütün imkanları ilə Taiz əyalətində xidmətlərin göstərilməsinə rəsmi diqqət yetirir və sosial tədbirlər görür.

Həmçinin qeyd edib: “Taiz əyalətini və bütün Yəməni mühasirəyə alan “təcavüz koalisiyası”dır. Biz kimsəni mühasirəyə almamışıq, əksinə mühasirə olunan bizik.”

Əl-Husi vurğulayıb ki, bu dünyada heç kim Yəmən xalqının azadlığını, müstəqilliyini və ləyaqətini əlindən almağa qadir deyil. O, həmçinin düşmənlərin məğlub edilməsi və bütün Yəmənin geri qaytarılmasının vacibliyini vurğulayıb.

Əl-Husi əlavə edib: “Səudiyyəlilər bizim raketlərimizi vuracaq sistem əldə etmək üçün dünyanın hər yerindən kömək istədilər, hətta sionist düşmənə yalvardılar.”

O, Yəmən qüvvələrinin bu gün uzaq mənzilli, yüksək dəqiqlikli raketlərə malik olduğunu və müasir Amerika texnologiyasının onlara qarşı çıxa bilmədiyini vurğulayıb.

Ənsarullah lideri hərbi sənaye sektorunun bölgənin ən yaxşı sənaye sektorlarından biri olacağını ifadə edərək qeyd edib:

Bu mərhələdə bizim prioritetimiz hərbi təhlükənin davam etdiyi və düşmənlərin növbəti mərhələdə gərginliyi artırmağa hazırlaşdığı bir şəraitdə təcavüzə qarşı durmaqdır.

Yəmənli istifadəçilər Əl-Husinin sözlərinə reaksiya verib. Yəmənli fəal Əhməd Ayiz Əhməd öz hesabında yazıb: Bu, İnqilabın Ali Rəhbərinin söz və əmrlərini eşitmək üçün onun hüzurunda olan Taizdir.

Yəmənli istifadəçi Əl-Mürtəza Əl-Mütəvvəkkil ölkə lideri Seyid Əbdülməlik Əl-Husinin sitatına istinad edərək, Tvitter hesabında yazıb:

Əbdülməlik əl-Husi Taiz ağsaqqalları və şeyxləri ilə görüşdə bildirib ki, xainlər Yəmən və onun heç bir əyalətini təmsil etmirlər. Yəmənin yeganə nümayəndəsi onun azadlıq və müstəqilliyi uğrunda mübarizə aparan nəcib oğullarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 13 =