Yəmənli komandir hərbi güclərinin daha da inkişaf etdiyini açıqladı

Yəmənli komandir hərbi güclərinin daha da inkişaf etdiyini açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin 5-ci Hərbi bölgəsinin komandiri Yusif Həsən əl-Mədani hərbi güc ilə bağlı açıqlama verib.

O, açıqlamasında bildirib ki, işğalçı Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin hücumu Yəmən ordusunun özünü və hərbi gücünü daha da gücləndirməsinə səbəb olub.

“Hücumların əvvəlində düşmən hər bölgəni ələ keçirdi və mövqeyini gücləndirdi. Lakin bu gün vəziyyət dəyişib. Bölgənin çoxunu işğalçılardan geri alırıq”, – deyə Yusif Həsən əl-Mədani diqqətə çatdırıb.

Komandir qeyd edib ki, Yəmən ordusunun inkişafı üçün təlimlər də davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − seven =