Yəmənlilərin ağac yarpaqları ilə qidalandıqları vurğulandı

Yəmənlilərin ağac yarpaqları ilə qidalandıqları vurğulandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Ərzaq Yardım Şöbəsi və dünyanın ən böyük ərzaq təhlükəsizliyi və aclıq əleyhinə humanitar təşkilatı olan Dünya Ərzaq Proqramı Yəməndə ciddi qida çatışmazlığı olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilat öz Twitter hesabında yazıb: “Yəməndə müharibə və iqtisadiyyatın çöküşünü nəzərə alsaq, ölkədə böhranın yumşalmasına heç bir əlamət yoxdur və bu, ölkədə aclığın daha da artmasına səbəb olub.”

ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasının başında olan Səudiyyə Ərəbistanı 2015-ci il aprelin 26-dan etibarən Yəmənin istefa verən prezidentini geri qaytarmağa çalışdığını iddia edərək hərbi təcavüzlə Yəməni quru, hava və dəniz vasitəsilə mühasirəyə alıb.

Dünya Ərzaq Proqramı həmçinin qeyd edib ki, bu məsələ Yəmən ailələrini yaşamaq uğrunda ağac yarpaqları yemək kimi şeylərə əl atmağa vadar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + twenty =