Yadlin: Baydenin təklifi İsraili xilas etmək üçündür
İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri (Aman) HƏMAS-ın onun çərçivəsinə razı olması şərti ilə ABŞ prezidentinin planının İsrailin vəziyyətini yaxşılaşdıra biləcəyini iddia edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Amos Yadlin X sosial media hesabında yazıb: Baydenin planı İsraili xilas edə bilər. Amma bu plan sadəcə Tel Əviv rəsmilərinin gündəm çərçivəsi əsasında Həmasın tələblərinin yerinə yetirildiyi təqdirdə mümkündür.
Amos Yadlin bundan əvvəl də silsilə tvitlərində HƏMAS-ın hərbi gücünü məhv etmək üçün koalisiyanın yaradılmasına zəmin yarada biləcəyini və zamanla fələstinliləri gücdən salaraq Qəzzanın Misirlə sərhədi nəzarət altına alınma imkanı barədə yazılar yazıb.
Yadlin daha sonra yazır: Məsələ bu şəkildə həll olunarsa, İsrail regionda onu təhdid edən əsas hərbi amillərə, yəni İran və Hizbullaha diqqət yetirə və Nəqəb və Əl Cəlili təhlükədən çıxarıb beynəlxalq legitimlik qazana, hətta bu istiqamətdə Səudiyyə Ərəbistanı, digər ərəb və islam ölkələri ilə güzəştə getmək üçün bir addım ata bilər.