Yair Qolan: Mən Mossad və Şin Betdən nigaranam

Yair Qolan: Mən Mossad və Şin Betdən nigaranam

Sionist rejimi Demokratik Partiyasının sədri Qəzza müharibəsi hadisələrini araşdırmaq üçün istintaq komitəsinin yaradılmasının vacibliyini vurğulayaraq, təhlükəsizlik rəsmilərini öz vəzifələrində qalmağa çağırıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sionist rejimin Yair Qolan bu gün (23 yanvar) Radio 103-ə müsahibəsində Şin Bet və Mossad rəhbərlərinin mümkün istefası ilə bağlı narahatlığını bildirərək, xüsusilə indiki vəziyyətdə bu iki təhlükəsizlik məmurunun vəzifələrində qalmasının vacibliyini vurğulayıb.

Keçmiş zabitlərdən olan Yair Qolan ordunun baş qərargah rəisinin müavini vəzifəsini icra etdikdən sonra hazırda rejimin Demokratik Partiyasının rəhbəridir. O, İsrailin siyasi və təhlükəsizlik səviyyələrində kritik vəziyyəti vurğulayaraq deyib: Bu siyasi-təhlükəsizlik qarışıqlığında Şin Bet və Mossad rəhbərlərinin istefası İsrailin təhlükəsizliyi üçün çox təhlükəlidir. Onlar istefa verərlərsə, İsrail hökumət strukturundan heç nə qalmayacaq.

O, həmçinin sionist rejimin təhlükəsizliyi və demokratiyasının qorunmasında bu iki təşkilatın həyati rolunu və bu rejimin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, 7 oktyabr hadisələrinin araşdırılması üçün hökumətin təhqiqat komitəsinin yaradılmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =