Yanacaq maşınının partlaması nəticəsində ölənlərin sayı 90-a çatdı

Yanacaq maşınının partlaması nəticəsində ölənlərin sayı 90-a çatdı

Haitinin şimalındakı Kap-Aitien şəhərində yanacaq daşıyan yük maşınını partlaması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “France-Presse” yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Daha əvvəl partlayış nəticəsində 75 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti hələ də ağırdır.

İlkin məlumata görə, tanker dekabrın 14-də yerli vaxtla, təxminən gecə yarısı magistral yolda idarəetmədən çıxaraq aşıb. Yoldan keçənlər fürsətdən istifadə edərək əllərindəki yanacaq çənlərini doldurmağa başlayıblar. Bu zaman partlayış baş verib.


Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − sixteen =