Yanan ər-arvadla bağlı dəhşətli detal: 6 illik sirr-Video

Yanan ər-arvadla bağlı dəhşətli detal: 6 illik sirr-Video

Salyanda baş verən yanğında ər və arvad yanaraq ölüb

APA TV nin xəbərinə görə, Hadisə Salyan rayonun Aşağı Kürkəndi kəndində qeydə alınıb. Kənd sakini, 69 yaşlı Əliyar Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi ev sakinləri yuxuda olarkən yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Əhatə dairəsi genişlənən yanğın qonşuluqda yerləşən 47 yaşlı Şahin Hüseynovun da evinə keçib. Yanğın lokallaşdırılsa da hər iki ev yanaraq yararsız hala düşüb.

Ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Qohumlarının dediyinə görə, Əliyevlərin yaşadıqları evdən dəfələrlə oğurluq olub. Bundan başqa 5-6 il əvvəl evə daxi olan maskalıar ər və arvadı vəhşicəsinə döyüblər. Elə ona görə də, ailənin yaxınları hadisənin qəsədən törədildiyini düşünür.

Faktla bağlı Salyan prokuroluğu tərəfindən araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =