Yaponiya 1000 qanadlı raket almağı planlaşdırır

Yaponiya hökuməti regionda təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda 1000-ə yaxın qanadlı raketlərin almağı nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu məqsədlə Yaponiyanın özünümüdafiə qüvvələrində olan Mitsubishi Heavy Industries tərəfindən hazırlanmış Tip-12 gəmi əleyhinə raketlərin təkmilləşdirilməsi planlaşdırılır.
Onların diapazonu bir neçə yüz kilometrdən təxminən 1000 kilometrə qədər artırılmalıdır ki, bu da onların KXDR və Çinin sahilyanı ərazilərinə çatmasına şərait yaratsın.
Trend.az