Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində hərbi təlimlər keçirib

Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində hərbi təlimlər keçirib

Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində ilk hərbi dəniz təlimləri keçirib.

APA xəbər verir ki, bu barədə Yaponiya Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, 3-5 iyun tarixlərində keçirilmiş təlimlərin məqsədi dənizdə birgə qarşılıqlı fəaliyyət bacarıqlarını inkişaf etdirmək olub.

Manevrlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin və Kanada Kral Donanmasının gəmiləri də daxil olmaqla beş gəmi iştirak edib.

Xatırladaq ki, bundan öncə 2019 və 2022-ci illərdə dörd ölkə Sakit okean və Cənubi Çin dənizində birgə təlimlər həyata keçirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 3 =