Yaponiya Kadırova sanksiya tətbiq etdi

Yaponiya Kadırova sanksiya tətbiq etdi

Yaponiya hökuməti daha 20 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Lent.az-ın xəbərinə görə, siyahı Yaponiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Siyahıda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyasının rəhbəri Sergey Kirienko və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adları yer alır. Bundan başqa, biznesmenlərdən Alişer Usmanov və Rottenberqov qardaşları da siyahıya salınıb.

Yaponiya eyni gündə Belarusun da 12 fiziki və 10 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =