Yaponiya Suriyada gərginliyin azaldılmasını tələb edir

Yaponiya Suriyada gərginliyin azaldılmasını tələb edir

Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriyada humanitar vəziyyətin pisləşməsindən böyük narahatlığını bildirən Yaponiya zorakılığa son qoymağa, beynəlxalq qanunlara əməl etməyə və bölgədə gərginliyin azaldılmasına çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Yaponiya hökumətinin sözçüsü Yoşimasa Hayaşi bu gün (9 dekabr) keçirdiyi mətbuat konfransında Tokionun Suriyada humanitar vəziyyətin pisləşməsindən “dərin narahat olduğunu” bildirib

O, Tokionun Suriyadakı hadisələri ciddi narahatlıqla izlədiyini qeyd edərək deyib: Biz gərginliyin mümkün qədər tez bitəcəyi, bütün suriyalıların öz təbii hüquqları qorunarkən azadlıq və firavanlıqdan istifadə edə biləcəyinə ümid edirik.

Hayaşi qeyd edib ki, Yaponiya hökuməti Suriya böhranının həllinə və regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq etməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − twelve =