Yaponiya tibbi ləvazimatların ixracını yasaqlayaraq Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya tibbi ləvazimatların ixracını yasaqlayaraq Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Rusiyadan olan 22 fiziki şəxs və 3 təşkilatın aktivlərini dondurduğunu açıqlayıb. Sanksiyalara ədliyyə naziri Konstantin Çuyçenko, Baş nazirin birinci müavini Andrey Belousov, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova, Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova daxildir. Fevralın 3-dən Yaponiya Rusiyaya vaksinlərin və tibbi ləvazimatların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların ixracını yasaqlayacaq.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin saytında qeyd olunub ki, “İrkut” korporasiyası, Moskva “Avanqard” maşınqayırma zavodu və “KamAZ” PSC sanksiya altına düşüb. Fiziki şəxslərin siyahısına yuxarıda göstərilənlərdən əlavə Baş nazirin müavini Dmitri Çernışenko, müdafiə nazirinin müavini Mixail Mizintsev, “KamAZ”ın baş direktoru Sergey Koqonin, filosof Aleksandr Dugin, İctimai Palatanın üzvü Aleksandr Malkeviç də daxil edilib.

Yaponiya hökumətinin press-relizinə görə, 49 Rusiya təşkilatı üçün ixrac qadağası fevralın 3-dən qüvvəyə minəcək. Tədarükü yasaqlanır:

nüvə qurğuları və cihazları;

neftin, təbii qazın kəşfiyyatı və radioaktiv materialların emalı üçün avadanlıq;

kimyəvi maddələr, gözyaşardıcı qaz, daktiloskopik toz, dozimetrlər, elektrolitik elementlər;

kompozit materialların istehsalı üçün avadanlıq;

peyvəndlər, tibbi cihazlar, diaqnostika və test dəstləri;

kommersiya partlayıcıları və onların aşkar edilməsi üçün avadanlıq;

rentgen müayinəsi üçün avadanlıq;

yastıqlar (podşipniklər);

portativ generatorlar;

robotlar, lazer qaynaq maşınları, böyükqabaritli qazma qurğuları, qalvanika avadanlıqları;

hərbi kimyəvi maddələr üçün xammal kimi istifadə olunan maddələr.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + seven =