Yaponiya üç Belarus bankına qarşı sanksiya tətbiq edib
Tokio Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar üç Belarus bankına qarşı sanksiyalar barədə razılığa gəlib.
Trend-in məlumatına görə, bu barədə Yaponiya xarici işlər nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, aktivlərin dondurulması və tranzaksiya qadağalarını ehtiva edən sanksiyalar üç maliyyə institutuna qarşı tətbiq olunur: Belagroprombank, Dabrabıt Bank və Belarus İnkişaf Bankı.
Məhdudiyyətlər aprelin 10-dan qüvvəyə minəcək.
Trend.az